Qaxa dolu yağıb

Qaxa dolu yağıb Dolu əsasən İlisu kəndində qeydə alınıb və təsərrüfata ziyan vurmayıb
Hadisə
8 Yanvar , 2016 21:11
Qaxa dolu yağıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün axşam Qax rayonuna dolu yağıb.

"Report" xəbər verir ki, qış fəslinə xas olmayan göy gurultusu və şimşək çaxması ilə müşahidə olunan dolu əsasən şəhər mərkəzindən 12 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşən İlisu kəndində qeydə alınıb. Təqribən 5 dəqiqə müddətində noxud iriliyində yağan dolu təsərrüfata ziyan vurmayıb.

Şəki Regional Hidrometeorologiya Müəssisəsinin Hidrometeorologiya şöbəsinin rəisi Qüdrət Eminov "Report"a bildirib ki, qış fəslində dolu yağması tarixən nadir rastlanan hadisədir. Dolunun yağmasına səbəb bir həftə ərzində temperaturun kəskin dəyişməsi olub.

Şöbə müdiri onu da əlavə edib ki, ayın 10-na qədər respublikanın şimal-qərb bölgəsində sulu qar və qar yağacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi