Qax sakini evində ölü tapılıb

Qax sakini evində ölü tapılıb Onun meyitini anası aşkarlayıb
Hadisə
16 Sentyabr , 2017 01:33
Qax sakini evində ölü tapılıb
Courtesy İmage

Qax. 16 sentyabr. REPORT.AZ/ Qaxda 44 yaşlı kişi evində ölü tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax şəhərində qeydə alınıb.

Şəhər sakini, 1973-cü il təvəllüdlü Mehdi Bəhram oğlu Bayramov şəhərin Səməd Vurğun küçəsində yaşadığı evdə anası tərəfindən ölü tapılıb.

Məlumata görə, M.Bayramov anası ilə birlikdə yaşayıb. Anası iki gün müddətində işləmək üçün evdən ayrılıb və Mehdi evdə tək qalıb. Oğlundan xəbər tuta bilməyən ana evə gələndə övladını ölü tapıb.

Mərhumun yaxınlarının bildirdiyinə görə, M. Bayramov son zamanlar içkiyə qurşanıb.

Son xəbərlər

Orphus sistemi