Qarlı hava şəraiti Neftçalada yol qəzasına səbəb olub - FOTO

Qarlı hava şəraiti Neftçalada yol qəzasına səbəb olub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Fevral , 2017 15:39
Qarlı hava şəraiti Neftçalada yol qəzasına səbəb olub - FOTO

Neftçala. 13 fevral. REPORT.AZ/ Neftçala rayonunda yol qəzası baş verib. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Neftçala avtomobil yolunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Salyan rayonu istiqamətində hərəkətdə olan 47-BD-335 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobilinin sürücüsü qarlı və şaxtalı yolda idarəetməni itirib və yol sürüşkən olduğundan avtomobil ağaca çırpılıb. 

Nəticədə avtomobilə ciddi zədələnərək yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi