Bərdədə qardaşları hədələyərək pul tələb edən şəxslərin məhkəməsi başlayıb

Bərdədə qardaşları hədələyərək pul tələb edən şəxslərin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə təqsirləndirilən Nursani Hüsiyev və Elnur Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 Aprel , 2019 09:23
Bərdədə qardaşları hədələyərək pul tələb edən şəxslərin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə təqsirləndirilən Nursani HüsiyevElnur Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 8-na təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ötən il aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi