Qardaşını qətlə yetirən yeniyetmənin məhkəməsi başlayıb

Qardaşını qətlə yetirən yeniyetmənin məhkəməsi başlayıb Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda qardaşını qətlə yetirən 15 yaşlı X.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
8 May , 2019 20:20
Qardaşını qətlə yetirən yeniyetmənin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda qardaşını qətlə yetirən 15 yaşlı X.Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, bu il yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü X.Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İ.Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində X.Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib. İ.Məmmədov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.

Son xəbərlər

Orphus sistemi