Goranboyda qardaşını qətlə yetirən 15 yaşlı X.Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə
Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu il yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü X.Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İ.Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində X.Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib. İ.Məmmədov aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.