Yuxarı

Qardaşını qətlə yetirən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

Bakı. 14 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Faiq Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, İlyas Aslanov küçəsində baş verib. 32 yaşlı Məlik Ağarəhim oğlu Xəlilov ilə 22 yaşlı qardaşı F.Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı F.Xəlilov özündən 10 yaş böyük qardaşını qətlə yetirib. M.Xəlilov ürəyindən bıçaq xəsarəti alıb və ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən F.Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi