Yuxarı

Maştağada qardaşını güllələyən şəxsə hökm oxunub

O,  10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Sultanov İmran Məhəmmədəli oğlunun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Sultanov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il may ayının 25-də Sabunçu rayonu Maştağa qəsəbəsi Ləhic bağları adlanan yerdə baş verib. Əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Sultanov İmran Məmmədəli oğlu qardaşı Tərlan Sultanovla mübahisə edib. T.Sultanov qardaşına çox içki içməsini irad turaraq onu döyüb. İ.Sultanov isə qardaşından qisas almaq məqsədi ilə ona tüfənglə atəş açıb. Qarın nahiyəsindən yaralanan T.Sultanov xəstəxanaya çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Sultanov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd) maddəsi ilə ittiham olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi