Yuxarı

Qarabağ komitəsinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iddiası rədd olunub

​Qarbağ komitəsinin Bakı Şəhər Baş Polis İdarəsinə qarşı iddiası rədd

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Qarabağ Komitəsinin təşəbüs qrupunun üzvləri – Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu və Tural Abbaslının Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) qarşı qaldırdıqları iddia üzrə məhkəmə iclası başa çatıb.

“Report”un xəbərinə görə, hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, iddia rədd edilib, məhkəmə polisin verdiyi açıqlamanın tam qanuna uyğun olduğunu bildirməklə, qanunverciliyə uyğun olduğunu əsaslı hesab edib.

Qeyd edək ki, Qarabağ Komitəsi iyulun 23-də Bakıda aksiya keçirmək barədə qəbul etmişdi. Bakı Şəhər İcra Hakimiyyəti komitənin müraciətinə cavabında aksiyanın keçirilməsini məqsəduyğun saymamışdı.

Daha sonra təşəbüs qrupunun üzvləri – P.Hüseyn, M.Mirəlioğlu və T.Abbaslı Bakı Şəhər BŞBPİ-yə dəvət olunaraq, xəbərdarlıq edilib.

BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a açıqlamasında qeyd edib ki, icazəsiz mitinq keçirilməsi ilə bağlı onların diqqətinə çatdırılıb ki, Bakı Şəhər İcra hakimiyyəti ilə razılaşdırılmayan, yaxud sanksiyalaşdırılmayan hər hansı kütləvi tədbirin qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Qarabağ Komitəsinin təşəbüs qrupunun üzvləri iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia ərizəsində göstərilib ki, BŞBPİ vətəndaş hüquq və azadlıqlarını kobud şəkildə pozub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi