Qaradağda sürücü qəza törətdi, xəsarət alanlar var

Qaradağda sürücü qəza törətdi, xəsarət alanlar var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Avqust , 2020 00:31
Qaradağda sürücü qəza törətdi, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu Ümid qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1958-ci il təvəllüdlü Məmmədov Vəli Məmməd oğlu idarə etdiyi avtomobili, yol kənarındakı maneəyə çırpıb.

Nəticədə avtomobildə olan digər iki sərnişin - 1974-cü il təvəllüdlü Abdullayev İlqar Rəhim oğlu və Ələkbərov Barış Oruc oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər 3 şəxsə döş qəfəsinin və yumşaq toxumaların əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

İlqar Abdullayev 

Son xəbərlər

Orphus sistemi