Qaradağda qadın sərnişin avtobusda yıxılaraq xəsarət alıb

Qaradağda qadın sərnişin avtobusda yıxılaraq xəsarət alıb Buna sürücünün qəfil əyləci basması səbəb olub
Hadisə
5 İyun , 2018 07:30
Qaradağda qadın sərnişin avtobusda yıxılaraq xəsarət alıb

Bakı. 5 iyun. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonunda 114 saylı marşrut avtobusda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 1998-ci il təvəllüdlü Abdıyeva Gül Tapdıq qızı sərnişin avtobusu ilə Müşviqabad qəsəbəsindən Bakıya gələrkən nəqliyyat vasitəsinin sürücüsü qarşısına maneə çıxması səbəbindən əyləci basıb.

Nəticədə ayaq üstdə dayanmış G.Abdıyeva yıxılaraq oturacaqlara dəyib. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, onurğa, baş və boyun nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi