Qaradağda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Qaradağda məcburi köçkünlərin yaşadığı tikililər yanıb Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.
Hadisə
21 Yanvar , 2022 08:37
Qaradağda məcburi köçkünlərin yaşadığı tikililər yanıb

Bakı şəhərinin Qaradağ rayonunda, fəaliyyət göstərməyən uşaq bağçasının ərazisində ümumi sahəsi 500 m² olan taxta konstruksiyalardan ibarət bir-birinə bitişik özbaşına tikililər 140 m² sahədə (məcburi köçkünlərin yaşadığı) yanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınaraq, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi