Qaradağda gənc oğlanı maşın vurub

Qaradağda gənc oğlanı maşın vurub Sürücü saxlanılıb
Hadisə
25 Avqust , 2017 08:32
Qaradağda gənc oğlanı maşın vurub
Foto: Report.az

Bakı. 25 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

"Report" xəbər verir ki, Qobustan qəsəbəsində yolu keçən 1987-ci il təvəllüdlü Abdullayev Rafət Rafiq oğlunu "Mercedes" markalı avtomobil vurub.

Piyada qapalı kəllə-beyin travması alıb. O, "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib.

Sürücü Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi