Qaradağda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb

Qaradağda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb Bakıda evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə
28 Noyabr , 2019 13:15
Qaradağda evdən 10 000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıb

Bakıda evdən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.İxtiyarlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi