Qaradağda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıblar - YENİLƏNİB

Qaradağda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıblar - YENİLƏNİB Qaradağda evdən 26758 manat oğurlayan dəstə üzvləri saxlanılıblar.
Hadisə
16 Yanvar , 2020 11:46
Qaradağda evdən 26 min manat oğurlayan dəstə üzvləri saxlanılıblar - YENİLƏNİB

Qaradağda evdən 26758 manat oğurlayan dəstə üzvləri saxlanılıblar.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Qaradağ Rayon Polis İdarəsi 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də rayon ərazisindəki evlərin birindən 26758 manat, televizor və noutbuk oğurlamaqda şübhəli bilinən Sahil qəsəbə sakinləri D.İbayev, X.Hüseynov, əvvəllər məhkum olunmuşlar - B.CabbarovT.Həbiyev saxlanılıblar.

Ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisindəki 1 qarajdan 4 ədəd təkər, su mühərriki və velosiped oğurlamaları da müəyyən edilib.


***11:19

Bakıda ev və qarajdan oğurluq edən dəstə üzvləri saxlanılıblar.

“Report”un xəbərinə görə, hadisə 2019-cu il dekabrın 19-da paytaxtın Qaradağ rayon ərazilərində qeydə alınıb.

Belə ki, R.Əsədova məxsus qarajdan və R.Muradovun evindən qiymətli əşyalar, pul vəsaitləri oğurlanıb.

Daha sonra hər iki şəxs hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Qaradağ Rayon Polis İdarəsi (RPİ) Cinayət Axtarış Şöbəsi və 38-ci Polis Bölməsi (PB) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Daşqın İbayev, 1972-ci il təvəllüdlü Xəqani Hüseynov, 1982-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Bəhruz Cabbarov, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Tahir Həbiyev müəyyən edilərək tutulublar.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi