Bakı. 16 may. REPORT.AZ/ Qaradağda avtomobillə vurulan şəxs xəstəxanada ölüb.
"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, mayın 15-də saat 01 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qəsəbə sakini Tural Babayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Cavid Nuriyevi vurub. Xəstəxanaya yerləşdirilən C.Nuriyev orada dünyasını dəyişib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.