Qaradağda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Qaradağda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Qaradağ. 18 yanvar. REPORT.AZ/ Qardağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən biyadanın şəxsiyyəti məlum olub.
Hadisə
18 Yanvar , 2019 12:15
Qaradağda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
0 : 00
0 : 00

Qaradağ. 18 yanvar. REPORT.AZ/ Qardağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən biyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Qobustan qəsəbəsinin sakini Telman İsrafilov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Şahin Əndəlifovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Qaradağ rayon Polis idarəsi faktla bağlı araşdırma aparılır. 


*** 10:28

Qaradağ. 18 yanvar. REPORT.AZ/ Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mil-Muğöan bürosu xəbər verir ki, hadisə rayonun Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, "Opel" markalı avtomobil yolu keçmək istəyən, hələlik şəxsiyyəti məlum olmayan orta yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi