Bakıda avtomobil 51 yaşlı qadını vurub

Bakıda avtomobil 51 yaşlı qadını vurub Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
15 Noyabr , 2019 22:34
Bakıda avtomobil 51 yaşlı qadını vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Mirzəyeva Gülyaz Şakir qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanaq sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Son xəbərlər

Orphus sistemi