Qaradağda ağır yol qəzasında ölən 1 ailənin 3 üzvünün adı məlum olub - YENİLƏNİB-2

Qaradağda ağır yol qəzasında ölən 1 ailənin 3 üzvünün adı məlum olub - YENİLƏNİB-2 Qəza nəticəsində ata, ana və övlad dünyasını dəyişib
Hadisə
12 İyun , 2018 12:21
Qaradağda ağır yol qəzasında ölən 1 ailənin 3 üzvünün adı məlum olub - YENİLƏNİB-2
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan bir ailənin üç üzvünün adı məlum olub.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Gülnar Zabit qızı İsmayılova və onun 4 yaşlı uşağı Mustafa İsmayıov aldıqları xəsarətdən hadisə yerində vəfat ediblər. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


***10:53

Bakı. 12 iyun. REPORT.AZ/ Qardağ rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən birinin adı məlum olub.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda qeyd edilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. 

***08:01

Bakı. 12 iyun. REPORT.AZ/ Bakının Qaradağ rayonu ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, Sumqayıt şəhərindən Qaradağa gedən yolda "Kamaz" markalı yük maşını ilə "VAZ-2106" markalı avtomobil toqquşub.

Sürət həddi yüksək olduğundan yük maşını minik avtomobilinin üzərinə aşıb. Nəticədə "VAZ-2106"da olan bir ailənin 3 üzvü – ata, ana və övlad dünyasını dəyişib.

Hazırda ağır yol qəzasında dünyasını dəyişən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi