Yuxarı

Xəzərin Qaradağ rayonu sahillərində 14 yaşlı oğlan batıb

Onun cəsədi batdığı yerdən 30 metr aralıdan tapıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda dənizdə 1 nəfər batıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi