Qaradağda 14 min manatlıq oğurluq edən şəxs tutuldu

Qaradağda 14 min manatlıq oğurluq edən şəxs tutuldu Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub
Hadisə
13 Fevral , 2021 12:41
Qaradağda 14 min manatlıq oğurluq edən şəxs tutuldu

Qaradağ rayonunda mağaza və avtomobildə oğurluq hadisələri olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən və bir avtomobildən ümumilikdə 14 200 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi