Yuxarı
    Bağlamaq

    Qaradağda avtomobil velosipedçiləri vurub: Azərbaycan yığma komandasının keçmiş üzvü ölüb - FOTO - YENİLƏNİB-2

    DİN hadisə ilə bağlı məlumat yayıb© Report.az

    Bakı. 9 avqust. REPORT.AZ/ Daxili İşlər Nazirliyi (DİN) velosipedçilərin vurulması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

    "Report"un xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 8-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


    *** saat 10:18

    Bakı. 9 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.

    Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.

    Allah rəhmət eləsin!


    *** saat 06:30

    Bakı. 9 avqust. REPORT.AZ/ Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. 

    "Report" xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

    Belə ki, KİA markalı avtomobil yolu keçən iki velosipedçini vurub, daha sonra BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 25 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi