Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili yanıb

Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili yanıb Yük avtomobilinin kabinəsi, mühərriki və qabaq təkərləri yanıb
Hadisə
18 Yanvar , 2015 00:27
Qaradağ rayonunda “Mercedes” markalı yük avtomobili yanıb

BAKI. 18 yanvar. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus “Mercedes” markalı yük avtomobilinin kabinəsi, mühərriki və qabaq təkərləri yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi