Qaraçuxurda su çənində qalan vətəndaş xilas edilib
Hadisə
- 28 aprel, 2024
- 08:25
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş fərdi yaşayış evində dərinliyi 2, diametri 1,5 metr olan su çəninin içində təmir işləri aparıb və geriyə çıxa bilməyərək təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə su çəninin içində köməksiz vəziyyətdə qalan vətəndaş 1986-cı il təvəllüdlü T.Məmmədov xilas edilib.
Son xəbərlər
04:25
Tramp: Kütləvi miqrant axını səbəbindən İspaniyanı dağılma təhlükəsi gözləyir
Digər ölkələr03:47
Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
Digər ölkələr03:21
Kats: İsrail hücum halında İranın enerji infrastrukturuna zərbə endirəcək
Digər ölkələr02:58
"Bloomberg": BVF Venesuelada nümayəndəlik açmaq imkanını nəzərdən keçirir
Digər ölkələr02:26
FIFA UEFA-nı böhtan kampaniyasında ittiham edib
Futbol01:44
Astanada türk dünyasının ortaq gələcəyinə dair müzakirə təşkil olunacaq
Region01:07
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
Region00:55
Tramp ABŞ-nin tezliklə İran üzərində qələbə qazanacağını bəyan edib
Digər ölkələr00:13