Qarabağ kanalında qadın meyiti tapılıb

Qarabağ kanalında qadın meyiti tapılıb Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib
Hadisə
20 Sentyabr , 2017 11:11
Qarabağ kanalında qadın meyiti tapılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Qarabağ kanalında qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Yuxarı Qarabağ Kanalının Yevlax rayonu, Kolanı kəndi ərazisindən keçən hissəsində qadın cəsədi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub. Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi