Qanunsuz silah gəzdirən 4 nəfər saxlanılıb

Qanunsuz silah gəzdirən 4 nəfər saxlanılıb Daxili işlər orqanları əməkdaşlarının ötən gün keçirilən tədbirlərlə qanunsuz odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.
Hadisə
22 Aprel , 2023 11:30
Qanunsuz silah gəzdirən 4 nəfər saxlanılıb

Daxili işlər orqanları əməkdaşlarının ötən gün keçirilən tədbirlərlə qanunsuz odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatovdan “Kalaşnikov” markalı avtomat silah aşkar edilərək götürülüb.

Növbəti tədbir Suraxanı RPİ 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyat tədbirləri ilə paytaxt sakini Mahir İbadovdan “AKM” markalı avtomat silah və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Abşeron RPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq Rəhimovdan “AKM” markalı avtomat silah, 29 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Beyləqan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Ramil Hüseynovdan qanunsuz saxladığı “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi