Qanunsuz pirat dərs vəsaitlərinə görə tutulan daha iki nəfərin məhkəməsi başlayıb

Qanunsuz pirat dərs vəsaitlərinə görə tutulan daha iki nəfərin məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev və Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 May , 2019 11:55
Qanunsuz pirat dərs vəsaitlərinə görə tutulan daha iki nəfərin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycana qanunsuz pirat dərs vəsaitləri gətirməkdə təqsirləndirilən Şirzad Abdullayev Faiq Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdiirlib.

Məhkəmənin baxış iclası mayın 29-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsasən, cinayət işi üzrə keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Şahmar Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalı redaksiyasının və digər nəşriyyat qurumlarının əmtəə nişanlarından qanunsuz istifadə etməklə orijinal kitabların nümunələrindən keyfiyyətinə görə fərqlənən külli miqdarda pirat dərs vəsaitləri və test toplularının müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda nəşr olunaraq həmin məhsulların Azərbaycanın gömrük nəzarətindən düzgün bəyan etməməklə keçirilməsi və respublika ərazisində satışının təşkil edilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Şahmar Abdullayevə, Ş.Abdullayevə, F.Məmmədova, Xanlar Qocayevə, Fəzail Qocayevə, Musurza Aslanova və Səfər Dünyamalıyevə Cinayət Məcəlləsinin 197.2 (külli miqdarda ziyan vurmaqla əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.4-cü (qaçaqmalçılıq) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı şəhərinin müxtəlif ünvanlarında keçirilən əməliyyat-istintaq tədbirləri zamanı 510 min manat dəyərində pirat dərs vəsaitləri və test topluları aşkar edilərək götürülüb.

M.Aslanov, S.Dünyamalıyev, Ş.Abdullayev, F.Qocayev və X. Qocayevin cinayət işi ayrıca icraata ayrılıb, daha əvvəl Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi