Qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısı alınıb

Qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısı alınıb Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Hadisə
2261
26 Sentyabr , 2020 13:03
Qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən qanunsuz özəl mühafizə fəaliyyətinin qarşısını alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu istiqamətdə keçirilən tədbir zamanı Binəqədi rayonu ərazisində yerləşən bir Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) qanunsuz özəl mühafizə fəaliyyəti ilə məşğul olması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 534-cü (əməliyyat-axtarış fəaliyyəti subyektlərinin, hərbi qulluqçuların və prokurorluq işçilərinin fərqlənmə nişanları olan hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşıma) maddəsinin tələblərini pozduqlarına görə MMC-nin təsisçisi, Bakı şəhər sakini E.Abıyev və 3 işçisi barəsində inzibati protokollar tərtib olunub.

Qeyd edək ki, həmin MMC-nin qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması faktı üzrə də Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi