Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb - VİDEO

Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb - VİDEO Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) iyulun 23-ü və 24-də qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16-sı Gürcüstan, 14-ü Pa­kis­tan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 62 nəfər əc­nə­bi saxlanılıb.
Hadisə
25 İyul , 2018 17:29
Qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 62 əcnəbi saxlanılıb - VİDEO
migration.gov.az
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) iyulun 23-ü və 24-də qa­nun­suz miqrasiyaya qarşı keçirdiyi təd­bir­lər za­ma­nı 16-sı Gürcüstan, 14-ü Pa­kis­tan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 62 nəfər əc­nə­bi saxlanılıb.

Bu barədə "Report"a DMX-dan məlumat verilib. 

Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları məlum olub.

Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

2 nəfər Pakistan və 1 nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycanın hüdudla­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi