Azərbaycanda dini qurumun ləğv edilməsi qaydalarına əlavə və dəyişiklik edilir.
“Report” xəbər verir ki, bununla bağlı “Dini etiqad azadlığı haqqında” Qanununda dəyişiklik edilir.
Layihəyə əsasən, dini qurumun məhkəmə qaydasında ləğv edilməsinə dini qurumun fəaliyyətində aşkar olunmuş qanun pozuntusunun aradan qaldırılmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yazılı tələbində qoyulmuş müddətdə qanun pozuntusunun aradan qaldırılmaması da əsas sayılacaq.
Dini qurum ləğv edildikdə ləğv edilmiş dini qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar (sənədlər) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.