"Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə hökm oxunub

"Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə hökm oxunub Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
17 İyul , 2018 11:43
Qanlı göl”də əxlaqsız təklif etdiyi üçün qayınanasını öldürən şəxsə hökm oxunub

Bakı. 17 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qayınanasını boğaraq öldürməkdə təqsirləndirilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror çıxışında C.İbrahimovun 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən il Yasamal rayonunda baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

N.Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, N.Namazova qətl qurbanı olub, onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin N.Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

C.İbrahimov ilkin ifadəsində bildirib ki, qayınanası ona əxlaqsızlıq təklif edib. Buna görə də o, N.Namazovanı döyüb, lakin qadını öldürmək niyyəti olmadığını deyib.

C.İbrahimova qarşı Cinayət Məcəlləsinin 120.2.4-ci xüsusi amansızlıqda adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi