Yuxarı

"Qanlı göl"də batan balıqçılar ata-oğul olub

Ata xilas edilib, oğul isə dünyasını dəyişib

Ata xilas edilib, oğul isə dünyasını dəyişib

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində, "Qanlı göl"də batan balıqçıların kimliyi məlum olub. Yasamal Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, xilasedicilər boğulmaq üzrə olan 1958-ci il təvəllüdlü İsrafilov Camal Ələddin oğlu və onun oğlu, 1985-ci il təvəllüdlü İsrafilov Elşən Camal oğlunu sudan çıxarıblar. Hadisənin baş verdiyi əraziyə cəlb olunan "Təcili tibbi yardım" briqadaları ata və oğula ilkin tibbi yardım göstəriblər. Lakin xəstəxanaya aparılarkən yolda 30 yaşlı Elşən İsrafilov dünyasını dəyişib. 57 yaşlı Camal İsrafilovu isə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırmaq mümkün olub. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi