​"MetroPark" rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsinin qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edib

​"MetroPark" rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsinin qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edib "Qazanxana işə salınarkən "MetroPark" üçün təhlükə yaradır"
Hadisə
14 Aprel , 2015 17:53
​MetroPark rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsinin qalması ilə bağlı aidiyyəti qurumlara müraciət edib

Bakı. 14 aprel. REPORT.AZ/ Nərimanov rayonunda yerləşən "MetroPark" Ticarət Mərkəzinin rəhbərliyi kütləvi zəhərlənmə təhlükəsi ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Bu barədə "Report"a ticarət mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin meneceri Anar Zeynalov məlumat verib. A.Zeynalov bildirib ki, bir neçə gün öncə ticarət mərkəzində baş verən zəhərlənmə hadisəsi qaz sızması ilə bağlı olmayıb: "Buna səbəb yaxınlıqdakı yaşayış binasının qazanxanası olub. Həmin qazanxananın yeri düzgün nizamlanmayıb, qazanxana işə salınarkən "MetroPark" üçün təhlükə yaradır".

A.Zeynalov qeyd edib ki, aprelin 12-də "MetroPark"da baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalar davam edir. 

Qeyd edək ki, aprelin 12-də "MetroPark" Ticarət Mərkəzində kütləvi zəhərlənmə baş verib. Hadisə yerində 30 nəfərə ilkin tibbi yardım göstərilib, 15 nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi