Qala qəsəbəsində sürücü qəza törədib

Qala qəsəbəsində sürücü qəza törədib Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 İyun , 2021 08:11
Qala qəsəbəsində sürücü qəza törədib

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Novruzov Rüfət Şəmsəddin oğlu idarə etdiyi avtomobili yol qırağındakı maneəyə çırpıb.

O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi