“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurlayıb

“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurlayıb Həmin şəxs saxlanılıb
Hadisə
13 Oktyabr , 2017 12:29
“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurlayıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda yerləşən “Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.

“Report”un xəbərinə görə, otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.

Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.

Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.

Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi