Yuxarı

​Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə verib

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib

Bakı. 2 avqust. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sabiq sektor müdiri Elşən Mustafaoğlunun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən qapalı prosesdə şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, E.Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi