Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə şərti cəza verilib

Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə şərti cəza verilib Bakı Ağır Cinayətlər Məhkəməsində fahişəliyə cəlb etməkdə təqsirləndirilən Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
25 İyun , 2019 11:57
Qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən şəxsə şərti cəza verilib

Bakı Ağır Cinayətlər Məhkəməsində fahişəliyə cəlb etməkdə təqsirləndirilən Səidə Əmiraslanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, S.Əmiraslanovanın 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müşavirədən sonra məhkəmə hökmü elan edib.

Hökmə əsasən, S.Əmiraslana barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsinə əsasən ona şərti cəza verilib.

Qeyd edək ki, Səidə Əmiraslanova bir qrup Azərbaycan vətəndaşı olan qadını Türkiyəyə aparıb, onları cinsi istismara məruz qoymaqda ittiham olunub.

Cinayət işi üzrə 12 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

İstintaq orqanı tərəfindən Səidə Əmiraslanovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. O, məhkəmə istintaqı başlayandan ev dustaqlığında olub.

Son xəbərlər

Orphus sistemi