Şəkidə qadınlardan ibarət oğru dəstəsinin məhkəməsi başlayır

Şəkidə qadınlardan ibarət oğru dəstəsinin məhkəməsi başlayır Şəki Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən qadınlardan ibarət dəstənin cinayət işinə baxılacaq.
Hadisə
1 İyul , 2019 11:00
Şəkidə qadınlardan ibarət oğru dəstəsinin məhkəməsi başlayır

Şəki Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən qadınlardan ibarət dəstənin cinayət işinə baxılacaq.

"Report"un xəbərinə görə, hakim Pərviz Hacıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyulun 9-a təyin edilib.

Qeyd edək ki, Yevlax rayon sakinləri olan Seyran Nadirova, Xəzəl Bəkirova və bacısı Nazdı Mahmudovaya Cinayət Məcəlləsinin 177.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib.

Təqsirləndirlən şəxslər Şəki ilə yanaşı, ətraf rayonlarda - Zərdab, Zaqatalada da oğurluq etməkdə ittiham edilirlər. 

Son xəbərlər

Orphus sistemi