Qadını şəkillərini yayacağı ilə hədələyən şəxs saxlanılıb

Qadını şəkillərini yayacağı ilə hədələyən şəxs saxlanılıb Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
28 Aprel , 2021 12:41
Qadını şəkillərini yayacağı ilə hədələyən şəxs saxlanılıb

Qadını sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi