Qadını şantaj etməkdə təqsirləndirilən kişinin məhkəməsi başlayıb

Qadını şantaj etməkdə təqsirləndirilən kişinin məhkəməsi başlayıb Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
25 İyul , 2018 14:49
Qadını şantaj etməkdə təqsirləndirilən kişinin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 27-nə təyin edilib.

Qeyd edək ki, E.İsmayılov tanıdığı qadın Ə.N-nı (ad, soyad şərti) şantaj edərək pul tələb etməkdə təqsirli bilinir.

İttihama görə, o, qadının şəkillərini yayacağı ilə hədələyib və ondan 10 min manat pul tələb edib.

Daha sonra Ə.N-nı hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı E.İsmayılov həbs edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi