Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
27 Dekabr , 2018 17:19
Bakıda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qadını qətlə yetirməkdə təqsirləndirilən Zəfər Mərdanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası 2019-cu ilin yanvar ayının 9-na təyin edilib.

Qeyd edək ki, Z.Mərdanov bu il avqustun 10-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qardaşı arvadı, qəsəbə sakini Səkinə Hümbətovanı bıçaqla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi