Bakıda qadını hədələyərək 10 min manat almaq istəyən şəxs saxlanılıb

Bakıda qadını hədələyərək 10 min manat almaq istəyən şəxs saxlanılıb Polis əməkdaşları tərəfindən Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.
Hadisə
30 May , 2019 12:20
Bakıda qadını hədələyərək 10 min manat almaq istəyən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi