Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayıb

Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayıb Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən İntiqam Yunusov və xalası oğlu Yaqub Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
2 May , 2019 16:38
Qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən xalaoğluların məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qadına qarşı quldurluq və əxlaqsızlıq etməkdə təqsirləndirilən İntiqam Yunusov və xalası oğlu Yaqub Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 13-nə təyin edilib.

Qeyd edək ki, ötən il Xətai Rayon Polis İdarəsinə müraciət edən rayon sakini şərti adı N.Z olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 000 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

Daha sonra cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İ.Yunusov və xalası oğlu, Qax rayon sakini Y.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi