​Qadına qarşı dələduzluq edən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb

​Qadına qarşı dələduzluq edən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib
Hadisə
12 May , 2016 08:41
​Qadına qarşı dələduzluq edən şəxslərin şikayətləri əsasında məhkəmə başlayıb

Bakı. 12 may. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Azad oğlu Əliyev, Samir Bağdasar oğlu İsayev və Nicat Xanoğlan oğlu İsmayılov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış islası başlayıb.

"Report"un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 17-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci il mart ayının 24-də Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edib. O, martın 12-də qızı Gülər Əliyevanın ona xəbər vermədən evdə olan 3500 manat və 19 min ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, paytaxt sakini S.Əliyevə verib.

Aparılan araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri S.Əliyev, S.İsayev, N.İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə G.Əliyevanı aldadaraq ondan pul və qızıl əşyanı alıb. Həmçinin, N.İsmayılovun əldə olunan puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanıb əl-qolu bağlanılaraq Binəqədi rayonu ərazisindəki hotellərdən birində saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib. Polis əməkşdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsi ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulub.

S.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), S.İsayev 127.2.3-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və N.İsmayılov 170.3-ci (yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə, bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.

Bu il mart ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.İsmayılovla S.İsayevin hər biri 8 il 6 ay, S.Əliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan S.Əliyev məhkəmə zalında həbs olunub.

Son xəbərlər

Orphus sistemi