​Bakıda gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyib

​Bakıda gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyib Xilasetmə əməliyyatı saat 12:02-də başa çatıb
Hadisə
19 Mart , 2015 15:26
​Bakıda gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyib

Bakı. 19 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonunda bir nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. 

“Report” FHN-in rəsmi saytına istinadən xəbər verir ki, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, gənc qadın özünü yaşadığı mənzilin eyvanından atmaq istəyir. Xilasedicilər həmin mənzilə daxil olub, intihara cəhd edən şəxslə müvafiq danışıqlar aparıb və bu zaman yaranan əlverişli şəraitdən faydalanaraq onu xilas ediblər. Xilasetmə əməliyyatı saat 12:02-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi