Bakı. 2 yanvar. REPORT.AZ/ Paytaxtda qadın meyiti aşkar edilb.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakının Nərimanov rayonunda mənzildə 1935-ci il təvəllüdlü Bağırova Pəri Yaqub qızı bağlı qapı arxasında qalıb.
Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açıblar və adı çəkilən şəxsin cəsədini aşkar ediblər. P.Bağırovanın cəsədi aidiyyəti üzrə təhvil verilib.