Yuxarı

Azərbaycanda qadağan olunmuş əraziyə daxil olan şəxs yaxalanıb

Əməliyyat saat 22:10-da başa çatıb

Bakı. 29 mart. REPORT.AZ/ Yevlax şəhəri, Varvara su anbarı ərazisində bir nəfər rezin qayıqla qadağan olunmuş əraziyə daxil olub. “Report” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mühafizə xidməti aparan mühafizəçiləri vətəndaşı sahilə çıxmaq istəyərkən yaxalayıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:10-da başa çatıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi