Yuxarı
    Bağlamaq

    Qaçırılan avtomobilin iştirakı ilə baş verən yol qəzasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb

    Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır

    Bakı. 1 sentyabr. REPORT.AZ/ Maştağada yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

    "Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

    Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Elman Ağayevin idarə etdiyi avtomobil, həmyerlisi Pərviz Hadıyevə məxsus "Priora" və Sabirabad rayon sakini Ağaqulu Abasovun idarə etdiyi "Man" markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev və sərnişinlərindən Rövşən Quliyev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

    P.Hadıyev 14-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək "Priora" markalı avtomobilinin qaçırıldığını bildirib.

    Sabunçu Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi