​Qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

​Qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib
Hadisə
11 Sentyabr , 2015 17:19
​Qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıqda və qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report"un xəbərinə görə, Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 18-nə təyin edilib.

Qeyd edək ki, İ.Əhmədov Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi