Qızıl külçələrini ölkəyə qanunsuz gətirməkdə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayır

Qızıl külçələrini ölkəyə qanunsuz gətirməkdə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayır Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Hadisə
6 Sentyabr , 2024 17:05
Qızıl külçələrini ölkəyə qanunsuz gətirməkdə təqsirləndirilən vəzifəli şəxslərin məhkəməsi başlayır

Qaçaqmalçılıq yolu ilə qızıl külçələrini ölkəyə gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan vəzifəli şəxslərinin cinayət işi üzrə ibdtidai istintaq tamamlanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməkdə şübhəli biliniblər.

"Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yekun ittiham elan edilərək barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi